Manat avro və dollara qarşı möhkəmlənib Azərbaycan nefti 1% ucuzlaşıb Qax rayonuna 2,7 min xarici turist gəlib "Rabitəbank"-ın 90 min müştəri portfeli Manat ilk dəfə 1,8% möhkəmlənib Nikoyl Bank səhmdarları hələm də yığa bilmir BTC dair yanvar ayının statistikası Azərbaycan şirkəti Ukraynada asfalt zavodu tikmək niyyətindədir Mərkəzi Bank 142 milyon manat cəlb edib Azərbaycan fındığı sərhəddə saxlanılıb

Azərbaycan nefti 1% ucuzlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,88 dollar, yaxud 1,52% azalıb. Bu barədə "Report" xəbər verir. Məlumata görə, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 57,20 dollara bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Davamını oxu...

Qax rayonuna 2,7 min xarici turist gəlib

Ötən il istirahət üçün Qax rayonunu seçən turistlərin sayı əvvəlki illə müqayisədə 5 min nəfərə yaxın artıb.Bu barədə AZƏRTAC Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin Qax rayonu üzrə məsul nümayəndəsi Dilarə Əzizovaya istinadla məlumat verir.  Məlumata görə, rayonda 29 min nəfər olub. Gələnlərin 26 min 300 nəfərini yerli, 2 min 700 nəfərini isə xarici turistlər təşkil edib. Hazırda Qax rayonunda 12 turizm obyekti fəaliyyət göstərir. Bu obyektlərdə yerlərin sayı 900-ə çatır. Turizm obyektlərində qiymətlər səhər yeməyi də daxil olmaqla, bir nəfər üçün 17-55 manat arasında dəyişir.

Davamını oxu...

"Rabitəbank"-ın 90 min müştəri portfeli

Rabitabank ASC-nin aktivləri 31.12.16-ci tarixə ilin əvvəli ilə müqayisədə 23% artaraq 552 mln. 288 min manat təşkil etmişdir. Bu barədə Bankın maliyyə hesabatında deyilir. Məlumata görə, muştərilərin müddətli əmanətlərinin həcmi isə 8% artaraq 241 mln. 850 min manat, cari hesabları 81% artaraq 178 mln.789 min manat təşkil etmişdir. 31.12.16-ci ilə Bankın məcmu kapitalı 60 mln. 932 min manat təşkil etmişdir. Bankın gəlirlik göstəricilərinə gəldikdə isə, xalis faiz gəlirləri 12 mln.134 min manat, xalis qeyri-faiz gəlirləri isə 12 mln. 576 min həcmində olub. Bank 2016-ci il ərzində plastik kart infrastrukturunu möhkəmləndirmiş, bununla aktiv plastik kart hesab istifadəçilərinin sayını 37 min 919 ədədə, ATM şəbəkəsini isə 56 ədədə çatdırmışdır. Hazırda Rabitəbank-ın 600 nəfərdən artıq təcrübəli və ixtisaslı peşəkar heyəti,90 000-dən çox şirkət və fiziki şəxslərdən ibarət müştəri portfeli vardır. O cümlədən, bank il ərzində 187 min ədəd olmaqla 119 mln. manat ekvivalentində surətli pul köçürməsini və 220 min ədəd olmaqla 8 mln. manat kommunal ödənişi müştəriləri üçün reallaşdırmışdır. Rabitəbank ölkənin iri bankları arasında mövqeyini qoruyub saxlamaqla yanaşı, 22 filial və 1 şöbədən ibarət filial şəbəkəsini yaradaraq, Sumqayıt, Quba, Qusar, Xaçmaz, Lənkəran, Gəncə, Şəmkir, Şirvan, Şəki, Naxçıvan, Şamaxı, Kürdəmir, Ağsu, Masallı və Ağcabədi daxil olmaqla ölkənin 14 regionunda təmsil olunmuşdur.  

Davamını oxu...

Manat ilk dəfə 1,8% möhkəmlənib

07.02.2017-cı il tarixinə USD/AZN rəsmi məzənnəsi 1,8769 səviyyəsində müəyyən olunmuşdur. Bu barədə “Marja” Mərkəzi Banka istinadla bildirilib. Fevralın 6-da USD/AZN məzənnəsi 1,9111 manat səviyyəsində olub. Beləliklə, rəsmi məzənnə 1.8% geriləyib. Qeyd edək ki, bu gün də banklarda Dolların alış və satış qiymətlərinin aşağı düşməsi davam edib. Artıq banklar Dolları 1.82-1.86 manat səviyyələrindən alırlar. Qeyd edək ki, bu gün Mərkəzi Bankda hərrac keçirilməsə də banklararası bazarda valyuta alqı-satqısı aparılıb. Banklar bir-birlərinə Dolları daha aşağı qiymətə satıb-aldıqlarından, Mərkəzi Bank da rəsmi məzənnəni aşağı salmışdır.

Davamını oxu...

Nikoyl Bank səhmdarları hələm də yığa bilmir

“NİKOYL” İKB ASC 8 fevral 2017-ci il tarixində planlaşdırılan Bankın səhmdarlarının növbədənkanar ümumi yığıncağı təxirə salınmışdır. Bu barədə Bank Elektron Məlumatların Açıqlanması Sistemində xəbər verir. Məlumata görə, “NİKOYL” İKB ASC-inin səhmdarlarının növbədənkanar ümumi yığıncağı 20.02.2017-ci il tarixində Birləşmiş Krallıq, London şəhəri, Pikadili 21-də yerləşən “Le Méridien Piccadilly” otelində saat 11:00-da keçiriləcəkdir. Yığıncaqda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulmuşdur: 1. Müşahidə Şurasının tərkibinin dəyişdirilməsi, 2. Audit Komitəsinin tərkibinin dəyişdirilməsi, 3. Audit Komitəsinin üzvlərinin mükafatlandırılmasının təsdiq edilməsi. 4. “NİKOYL “ İKB ASC-inin Nizamnaməsinin yeni redaksiyada təsdiq olunmas.

Davamını oxu...